Van Dayk “Qarabağ”la matçda rekorda imza atıb

“Liverpul”un kapitanı Vircil van Dayk UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Komanda.az “WhoScored”-a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi turnirin ümumi mərhələsinin son turunda “Qarabağ”a qarşı keçirilən oyunda (6:0) komandasının parlaq qələbəsində mühüm rol oynayıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Niderlandlı futbolçu Çempionlar Liqası tarixində bir oyunda üç qol ötürməsi verən ilk mərkəz müdafiəçisi olub. Bu göstərici onu turnirin rekordçusuna çevirib.

“Liverpul” mərhələni 18 xalla turnir cədvəlinin 3-cü pilləsində başa vuraraq 1/8 finala vəsiqə qazanıb. Arne Slotun komandası növbəti oyununu İngiltərə Premyer Liqasında, yanvarın 31-də doğma meydanda “Nyukasl”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button