Van Bronkhorst Çin klubunda

Çinin “Quançjou” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, elita təmsilçisini bundan sonra hollandiyalı Covanni van Bronkhorst çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə müqavilənin müddəti isə açıqlanmayıb.

Van Bronkhorst “Quançjou”da istefa verən serbiyalı mütəxəssis Draqan Stoykoviçi əvəz edib.

Son olaraq 2015-2019-cu illər aralığında Hollandiyanın “Feyenoord” klubunu çalışdırmış Van Bronkhort bu komanda ilə ölkə çempionu olub, kubok qazanıb. “Quançjou” isə geridə qalan mövsümdə 32 xalla 12-ci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button