Vadjinin “Sent-Etyen”də debüt edəcəyi vaxt bilindi

“Qarabağ”dan Fransanın 2-ci liqa klubu “Sent Etyen”ə keçən İbrahima Vadjinin yeni komandasında debüt edəcəyi vaxt müəyyənləşib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu sentyabrın 5-də, Liqa 2-də 7-ci turun “Pau” ilə səfər oyununda meydana çıxacaq.

Seneqallı futbolçu bu gün və ya avqustun 30-da “Sent Etyen”də tibbi müayinədən keçəcək. Buna görə də, o, sabah “Bastiya” ilə 6-cı turun ev oyununda iştirak edə bilməyəcək.

Fransa təmsilçisi Vadjinin keçidi üçün “köhlən atlar”a 1,7 milyon avro ödəyəcək. Hücumçu “Qarabağ”a 2021-ci ilin avqustunda transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button