Vadji “Sent Etyen”də ilk qolunu vurdu

“Qarabağ”dan “Sent Etyen”ə keçən İbrahima Vadji Fransa klubunda qol hesabını açıb.

Komanda.az xəbər verir ki, seneqallı hücumçu Liqa 2-nin 8-ci turu çərçivəsində keçirilmiş “Bordo” ilə oyunda fərqlənib.

O, matçın 35-ci dəqiqəsində hesabı açıb. Vadji 2:0 hesabı ilə qalib gəldikləri oyunda 90 dəqiqə meydanda olub.

Vadji bundan əvvəlki turda “Po” ilə oyunda “Sent Etyen”də debüt edib və komandasına penalti qazandırıb.

“Sent Etyen” hazırda 7 xalla 12-ci, “Bordo” isə 14 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button