“Uzun müddət burada olacam” – “Milan”ın sahibi

“Milan”ın sahibi Cerri Kardinal klubun satıla biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xəbər verir ki, futbol funksioneri bu məlumatları təkzib edib: 

“Mən qəti şəkildə bildirmək istəyirəm ki, bu, tamamilə həqiqətə uyğun deyil. Mən uzun müddətdir ki, buradayam. Görməli olduğum işlər var. Mən klubu A Seriyasının və Avropanın zirvəsinə qaytarmaq istəyirəm, bu məqsədlərə çatana qədər dayanmayacam. 

Stefano Pioli haqqında bunu deyə bilərəm ki, müəyyən mərhələdə nəticələrdən narazı qalmağım mütləq məşqçini qovacağımız mənasına gəlmir. Düşünürəm ki, Stefano çətin vəziyyətdə, çox təzələnmiş komanda ilə yaxşı iş görür.

Mövsümün sonuna hələ çox vaxt var. Hər şey ola bilər, görəcəyik. Məndən başlayaraq hər kəs daha yaxşı işləməlidir. Amma mən getməyəcəm, uzun müddət burada olacam. Heç kim məndən çox qalib gəlmək istəmir”.

ABŞ-lı iş adamı 2022-ci ilin iyununda “Milan”ın səhmlərinin böyük hissəsini alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button