Ukrayna yığmasının üzvü rəsmən “Atalanta”da

İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Ukrayna yığmasının və Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Viktor Kovalenkonu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Berqamo klubu 24 yaşlı futbolçu satınalma şərti ilə mövsümün sonuna qədər icarəyə götürüb.

Kovalenko “Şaxtyor”un öz yetirməsidir. O, Donetsk təmsilçisində 200-ə yaxın oyun keçirib, 32 qol vurub, 12 məhsuldar ötürmə edib. Viktor Ukrayna millisində də 30 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button