UEFA Ukraynaya texniki məğlubiyyət verə bilər

UEFA Ukrayna Futbol Federasiyasına qarşı intizam işi açıb.

Komanda.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, bir müddət öncə Ukrayna vətəndaşlığı alan Junior Moraesin milliləşdirilməsi zamanı FİFA-nın tələblərinin pozulduğu ehtimalı var. Buna baxmayaraq, braziliyalı futbolçu AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində həm Portuqaliya (0:0), həm də Lüksemburqla (2:1) oyunlarda Ukrayna millisinin heyətində meydanda olub. Məhz sözügedən oyunçunun milliləşdirilməsi zamanı tələblərə əməl olunmamasını iddia edən Portuqaliya və Lüksemburq Futbol Federasiyaları isə UEFA-ya etiraz məktubu ünvanlayıb. Bu üzdən də intizam işi açan qitə futbol qurumu araşdırmalara start verib.

Yekun qərarın nə vaxt açıqlanacağı bəlli deyil. Amma Moraesin milliləşdirilməsi zamanı tələblərə tam əməl olunmadığı isbatlansa, Ukraynaya Portuqaliya və Lüksemburqla oyunlara görə, texniki məğlubiyyət veriləcəyi iddia olunur.

Qeyd edək ki, qaydalara görə, milliləşdirilən futbolçu həmin ölkədə fasiləsiz 5 il yaşamalıdı. Moraes isə 2017-ci ildə Çinə yollanmamışdan əvvəl 4 il 8 ay Ukraynada yaşayıb. Məhz bu üzdən onun milliləşdirilməsi qanunsuz hesab olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button