UEFA-nın 51-ci Konqresi Qazaxıstanda keçiriləcək

UEFA-nın 51-ci Konqresi Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.

Tədbir 2027-ci il martın 4-də baş tutacaq. Bu barədə qərar hazırda Belçikanın paytaxtı Brüsseldə baş tutan 50-ci Konqresdə qəbul olunub.

UEFA-nın 51-ci Konqresində quruma prezident seçkiləri keçiriləcək. Bundan əlavə, Avropa futbolunun gələcək istiqamətini müəyyən edəcək qərarlar qəbul olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button