UEFA “Latsio”nu cəzalandırdı

UEFA İtaliyanın “Latsio” klubuna cəza tətbiq edib.

Komanda.az xəbər verir ki, buna sözügedən klubun Avropa Liqasının qrup mərhələsində Fransa təmsilçisi “Renn”lə keçirdiyi oyunda azarkeşlərin davranışı səbəb olub.

Belə ki, həmin qarşılaşmada romalı fanatlar irqçi şüarlar səsləndiriblər. Buna görə, qitə futbol qurumu “Latsio”nun növbəti ev oyunu zamanı tribunaların qismən bağlatdırılmasına qərar verib. Belə ki, qarşdakı matçda fanatların ən fəal olduğu 4 tribuna boş saxlanılacaq. İtalyanlar eyni hadisəni təkrarlasalar, o zaman daha sərt sanksiya tətbiq ediləcək.

Qeyd edək ki, “Latsio” – “Renn” oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Komandanın növbəti ev matçı noyabrın 7-də “Seltik”ə qarşı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button