
Konfrans Liqası: “Neftçi” – “Dinamo” matçını kiprli hakim idarə edəcək
Bakıda “Neftçi” və Belarusun “Dinamo” (Minsk) komandaları arasında təşkil ediləcək UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Komanda.az xəbər verir ki, qarşılaşmanın baş hakimi FİFA referisi Konstantinos Fellas olacaq.
Ona Marios Kaloqirou və Giorgios Çaralampous köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Neofytou yerinə yetirəcək.
İyulun 22-də “Palms Sports Arena”da baş tutacaq “Neftçi” – “Dinamo” matçı saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 30-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



