UEFA-dan Tural Qurbanova təyinat

Tural Qurbanov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Deçiç” (Monteneqro) – “Liepaya” (Latviya) qarşılaşmasının baş hakimi olacaq.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, ona Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

İyulun 15-də Tuzi şəhərində yerləşən “Tuşko Polje” stadionunda keçiriləcək oyun saat 22:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button