UEFA-dan azarkeşləri sevindirən addım

UEFA 2028-ci il Avropa çempionatı üçün “fan-first” (azarkeşlər birincidir) adlı yeni iqtisadi strategiya tətbiq etməyə hazırlaşır.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, qurumun əsas məqsədi elit futbolu azarkeşlər üçün daha əlçatan etməkdir.

Bildirilir ki, bu yanaşma çərçivəsində biletlərin bir hissəsi daha münasib qiymətlərlə satışa çıxarılacaq. Təxminən 15 faizi 35 avro qiymətinə təklif olunacaq. Bundan əlavə, biletlərin daha 25 faizi isə 70 avro civarında satışa çıxarılacaq.

AÇ-2028 Böyük Britaniya və İrlandiya ərazilərində keçiriləcək. İngiltərədə futbol biletlərinin yüksək qiymətləri uzun müddətdir müzakirə mövzusu olduğundan, UEFA bu addımla azarkeşlərin turnirə marağını artırmağı hədəfləyir.

Son Avropa çempionu İspaniya millisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button