UEFA Bakı Olimpiya Stadionunu təltif etdi

Bakı Olimpiya Stadionu (BOS) UEFA-nın baş katibinin müavini Corco Marketti tərəfindən təltif edilib.

Komanda.az xəbər verir ki, BOS Avropa çempionatında A qrupunun 3 oyunu arasında müddətin azlığına və isti hava şəraitinə baxmayaraq, arenanın ot örtüyü ideal vəziyyətdə saxlanıldığı üçün mükafatlandırılıb.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları arasında 1/4 final mərhələsinin də matçı gerçəkləşəcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button