Avropa Liqası: “Vilyarreal”ın 4 futbolçusu rəmzi komandada FOTO

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

Komanda.az xəbər verir ki, rəmzi heyətdə Xorvatiyanın “Dinamo” komandasını 1:0 hesabıyla məğlub edən “Vilyarreal”dan (İspaniya) 4 futbolçu yer alıb:

Qapıçı: Pau Lopes (“Roma”);

Müdafiəçilər: Tomaş Holeş (“Slaviya”), Viktor Lindelöf, Aaron Van-Bissaka (hər ikisi “Mançester Yunayted”), Xuan Foyt (“Vilyarreal”);

Yarımmüdafiəçilər: Alfonso Pedrasa, Dani Parexo (hər ikisi “Vilyarreal”), Bruno Fernandes (“Mançester Yunayted”), Nikolya Pepe (“Arsenal”);

Hücumçular: Duşan Tadiç (“Ayaks”), Jerar Moreno (“Vilyarreal”).