“Biz daha yaxşı futbol oynaya bilərik və oynamalıyıq”

Dortmund “Borussiya”nın baş məşqçisi Edin Terziç Almaniya çempionatının 21-ci turunda “Frayburq”la keçiriləcək oyun haqda danışıb.

Komanda.az Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, o, bu qarşılaşmada qələbə qazanacaqlarına inanır:

“Biz “Frayburq”un rəqib kimi nə qədər xoşagəlməz olduğunu bilirik. Onlar öz oyunlarına sadiq qalırlar və sabah da belə davam edəcəklər. Bununla belə, doğma meydanda azarkeşlərimiz önündə üç xal qazanmaq əzmindəyik.

Biz daha yaxşı futbol oynaya bilərik və oynamalıyıq. Həmişə irəliyə doğru addım atmışıq, dörd matçda cəmi bir qol buraxmışıq. Biz hər zaman qol vurmağa qadirik. Biz bunu göstərmək istəyirik”.

Komandalar arasında görüş fevralın 9-da “Siqnal İduna Park” stadionunda baş tutacaq.

20 turdan sonra “Borussiya” Bundesliqada 37 xalla 4-cü pillədə qərarlaşıb. Çempionata “Bayer” başçılıq edir (52 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button