U-14 Liqasından Premyer Liqa klublarına “göz dağı” – FOTOLAR

Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatınlarında yarımfinal mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, U-14 Liqasında baş tutan cavab görüşlərindən biri maraqlı məqamla yadda qalıb. “Binə” və “Qəbələ” komandalarının qarşılaşmasını 800-ə yaxın tamaşaçı və fan-klub üzvləri izləyiblər.

Binə qəsəbə stadionunda keçirilən görüşdə meydan sahibləri minimal hesabla qələbə qazanıb. Səfərdə 1:2 hesabı ilə məğlub olan qəsəbə təmsilçisi səfər qolu hesabına finala yüksəlib. “Qəbələ” son illər bütün finallarda iştirak etsə də, bu dəfə “Binə” səddini aşa bilməyib.

“Binə” klubu yalnız U-14 liqasında təmsil olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button