Alkantara “Barselona”ya qayıdır

“Liverpul”un yarımmüdafiəçisi Tyaqo Alkantara “Barselona”ya qayıdır.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun ingilislərlə mövsümün sonuna qədər müqaviləsi olsa da, yenilənməyəcək.

Futbolçu bu mövsüm səhhətində yaranan problemlərə görə hələ meydana çıxmayıb. Mersisaydlılar ispaniyalıya mövsümün sonuna qədər maaş verməmək üçün onu qış transfer pəncərəsində pulsuz buraxmağı planlaşdırırlar.

Tyaqo “Barselona”nın yetirməsidir. O, Kataloniya klubundan başqa, “Bayern”də də oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button