“Tvente” oyunçulardan çox, pivədən qazanır” – Klub rəsmisi

Niderland klubu “Tvente” bir il ərzində stadionda pivə satışından futbolçuların transferindən daha çox pul qazanıb.

Komanda.az “Knipping”-ə istinadən xəbər verir ki, bunu klub rəsmilərindən biri öz açıqlamasında deyib:

“Qəribədir ki, “Tvente” oyunçulardan çox, pivədən qazanır. Mən Avropanın heç bir yerində görməmişəm ki, bir klub oyunçulardan daha çox pivədən qazansın”.

Pivə satışını əhatə edən iaşədən “Tvente” işçilərin maaşları və ərzaq alışı xərclərini nəzərə almasaq, təxminən 10,5 milyon avro qazanıb. Klub futbolçu satışından təxminən 6,4 milyon avro əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button