Tuxel açıqladı: Kavani nə vaxt qayıdır?

PSJ-nin baş məşqçisi Tomas Tuxel, futbolçusu Edinson Kavaninin zədəsi ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, 32 yaşlı futbolçunun bu həftə yaşıl meydanlara qayıda biləcəyini deyib:

“Kavani bu həftə komanda ilə məşq etməyə başlayacaq. O, həkimlərlə danışır, ciddi şəkildə məşq edir, zədəsinə peşəkar kimi yanaşır. Ümid edirəm ki, o, şənbə günü “Kan”la oyunda olacaq. Amma “Dijon”la Fransa kubokunda keçirəcəyimiz matç üçün hazır olmayacaq”.

PSJ – “Dijon” oyunu bu gün, saat 00:10-da başlayacaq.

Liqa 1-də “Bordo” ilə oyunda zədələnən uruqvaylı futbolçu, fevralın 9-dan bu yana oyun keçirməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button