
“Fənərbaxça” “Milan”ın hücumçusundan əl çəkmir
“Fənərbaxça” qış transfer pəncərəsində “Milan”ın hücumçusu Kristofer Nkunkunu heyətinə qatmaq istəyir.
Komanda.az “Fanatik”-ə istinadən xəbər verir ki, Domeniko Tedeskonun baş məşqçisi olduğu klub İtalya təmsilçisinə 20 milyon avroluq rəsmi təklif göndərsə də, “Milan” bu təklifi rədd edib.
Ancaq İstanbul klubu geri çəkilmək niyyətində deyil – türklər fransalı hücumçu üçün təkliflərini 30 milyon avroya qədər artırmağa hazırdır.
28 yaşlı forvard cari mövsümdə bütün turnirlər üzrə “Milan”ın heyətində 15 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



