“Beşiktaş”dan ayrılan futbolçu ərəblərlə müqavilə imzaladı

Türkiyənin “Beşiktaş” klubu ilə yollarını ayıran Vensan Abubakar karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Komanda.az xəbər verir ki, 29 yaşlı hücumçu “Əl Nəsr” klubuna keçib. Bu barədə Ər Riyad təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Abubakarla üç illik müqavilə imzalanıb.

Abubakar ötən mövsüm “Beşiktaş”la 29 oyunda 16 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button