“Milan”ın skautları türk üçün Fransada

Türkiyə millisinin və “Lill”in üzvü Zeki Çelik “Milan”ın diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi 22 yaşlı müdafiəçi ilə yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə, “Milan”ın skautlarının Zekini bu gün keçiriləcək Fransa – Türkiyə oyununda izləyəcəyi bildirilib.

Çelik bu mövsüm Liqa 1-də 7 oyunda iştirak edib. 22 yaşlı cinah müdafiəçisi Türkiyə millisi ilə iştirak etdiyi 12 matçda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button