La Liqadan Super Liqaya – Rəsmi

Türkiyənin “Qazişəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Alaves”dən Patrik Tvumasini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı qanalı yarımmüdafiəçi 2019/20 mövsümünü icarə əsasında “Qazişəhər”də keçirəcək.

Tvumasi 2018-ci ilin yayında “Astana”dan “Alaves”ə keçib. Yarımmüdafiəçi ötən mövsüm La Liqada 11 oyunda iştirak edib.