“Selta” türk futbolçudan imtina edir

İspaniyanın “Selta” klubu geridə qalan mövsümdə göstərdiyi oyunla təndiq olunan Əmrə Morla bağlı qərarını verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Selta”, 21 yaşlı futbolçunu satmağa qərar verdiyini açıqlayıb. Klubun Əmrənin transferindən müəyyən məbləğ qazanmağı hədəflədiyi bildirilir.

Bir neçə klubun futbolçuyla maraqlanmasına baxmayaraq, rəsmi təklifin olmadığı və “Selta”nın zərərinə olsa belə, futbolçunu satmağı planlaşdırdığı deyilir.

Klub tarixinin ən bahalı ikinci transferi olan türkiyəli futbolçu, 2017-ci ildə “Borussiya”dan (Dortmund) transfer olunmuşdu. İspaniya klubu ilə 2022-ci ilədək müqaviləsi olan Əmrə, son mövsümdə iştirak etdiyi 12 matçda qol hesabını aça bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button