Türamla bağlı qərar verilib

“İnter” hücumçusu Markus Türamla müqavilənin müddətini uzatmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubu yaxın vaxtlarda fransalı futbolçu ilə yeni sözləşmə üçün danışıqlara başlayacaq.

Cari mövsüm ərzində 28 yaşlı forvardın komandadan ayrılacağı ilə bağlı müxtəlif transfer şayiələri yayılmışdı. Buna baxmayaraq, “İnter” onu heyətdə saxlamaqda maraqlıdır.

Türam bu mövsüm “İnter” forması ilə keçirdiyi 44 oyunda 18 qol vurub və 9 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti iki ildən sonra başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button