“Tottenhem” alman futbolçu ilə bağlı qərarsızdır

“Tottenhem” hələ hücumçusu Timo Vernerlə bağlı qərar verməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu Londonda çox xoşbəxtdir. Hücumçu “Tottenhem”in baş məşqçisi Angelos Postekoqlunun rəhbərliyi altında oynamaqdan həzz alır.

Timo Verner “Tottenhem”ə yanvar ayında “Leyptsiq”dən icarə əsasında keçib. İngiltərə klubunun onu 17 milyon avroya satınalma variantı var. Lakin klub Verneri transfer etmək barədə hələ qərar verməyib.

28 yaşlı forvard Premyer Liqanın bu mövsümündə 2 qol vurub və 3 məhsuldar ötürmə edib. O, zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button