“Tottenhem” niderlandlı müdafiəçini istəyir

“Brayton”un müdafiəçisi Yan-Pol van Hake “Tottenhem”in transfer hədəfinə çevrilib.

Komanda.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

London klubu 25 yaşlı müdafiəçinin oyununu diqqətlə izləyir. Van Hakenin “Brayton”la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq, buna görə də klub onu gələn il sərbəst buraxmamaq üçün transferə razı ola bilər.

Niderlandlı futbolçu bu mövsüm bütün turnirlərdə 16 matça çıxaraq, 3 qol vurub.

“Tottenhem” Premyer Liqada növbəti turda “Brentford”u, “Brayton” isə “Vest Hem”i qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button