Jesus üçün daha bir “elçi”

“Tottenhem” “Mançester Siti”nin hücumçusu Qabriel Jesusu almağa hazırdır.

Komanda.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, “Tottenhem”in baş məşqçisi Antonio Konte Jesusun Harri Keynlə birlikdə hücum xəttində olmasını istəyir. Futbolçunun özü də bu yay komandasını dəyişməyin əleyhinə deyil.

Braziliyalı futbolçunun xidmətində Premyer Liqanın daha bir klubu – “Arsenal” da maraqlıdır.

Jesus bu mövsüm “Mançester Siti”nin heyətində 41 oyun keçirib, 13 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button