“Tottenhem” “Çelsi”nin keçmiş futbolçusu ilə maraqlanır

Hazırda “Nottingem Forest”də çıxış edən yarımmüdafiəçi Kallum Hadson-Odoi karyerasını London klubunda davam etdirə bilər. 

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Tottenhem” maraqlanır.

Hadson-Odoi 2023-cü ilin yayından “Nottingem Forest”də çıxış edir. O, “Çelsi”dən 3,5 milyon avroya alınıb.

Futbolçunun klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub. Onun transfer dəyəri 15 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button