Pulişiç İngiltərəyə qayıda bilər

“Milan”ın vingeri Kristian Pulişiç İngiltərə Premyer Liqasına qayıda bilər.

Komanda.az “GiveMeSport”-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə “Tottenhem” maraqlanır.

“Qırmızı-qaralar” yay transfer pəncərəsində Pulişiçi təxminən 55 milyon avro qarşılığında satışa çıxara bilər. Amerikalı futbolçu “Milan”a 2023-cü ilin iyulunda “Çelsi”dən keçmiş və transfer üçün 20,8 milyon avro ödənilmişdi.

O, cari mövsümdə bütün turnirlərdə 20 oyunda iştirak edib, 10 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button