
“Milan” müdafiəçisi ilə razılığa gəlib – Yeni müqavilə olacaq
“Milan”ın müdafiəçisi Fikayo Tomori yaxın zamanda klubla yeni müqavilə imzalayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər əməkdaşlığın davam etdirilməsi ilə bağlı prinsipial razılığa gəliblər.
28 yaşlı futbolçu ilə İngiltərə Premyer Liqasından iki klub maraqlansa da, o, “Milan”da qalmağa üstünlük verib və uzunmüddətli anlaşma imzalamağa hazırdır. Tomori 2021-ci ildən etibarən “Milan”ın formasını geyinir.
İngiltərəli müdafiəçi cari mövsümdə bütün turnirlərdə 19 oyunda iştirak edib və 3 məhsuldar ötürmə verib. “Milan” rəhbərliyi onu komandanın gələcək planlarında əsas fiqurlardan biri hesab edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



