Tokio-2020: Koronavirusa yeni yoluxma

Tokio-2020 Yay Paralimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.

Komanda.az xəbər verir ki, son 24 saat ərzində daha 10 nəfərin testi müsbət çıxıb. Virusa yoluxanlar arasında idmançı yoxdur.

Tokio-2020 Yay Paralimpiya Oyunları sentyabrın 5-də başa çatacaq.