ÇL: İngiltərəli müdafiəçinin “Barselona” ilə matçda iştirakı sual altındadır

“Nyukasl”ın baş məşqçisi Eddi Hou “Barselona” ilə keçiriləcək UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunundan öncə komandanın ingiltərəli müdafiəçisi Tino Livramento barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis, Livramentonun iki aylıq zədədən sonra komandaya qayıtmasına baxmayaraq, hələ məşqlərə tam qoşulmadığını bildirib:

“Hazırda o qədər məşq etməyib ki, onun fiziki durumundan yüz faiz əmin ola bilim. Xüsusilə, belə vacib oyunda start heyətində meydana çıxacağını demək çətindir. Amma o, komandadadır. Hər oyunçu əsas heyət üçün şans qazana bilər. Tino bizim üçün vacibdir və onun geri qayıtması gözəldir”.

Livramento bu mövsüm bütün yarışlarda 20 oyuna çıxıb və bir məhsuldar ötürmə verib.

“Nyukasl” – “Barselona” matçı bu gün saat 00:00-da, İngiltərədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button