
Ter Ştegen qərarsızdır
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen hələ gələcəyi ilə bağlı qərarını verməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper son dövrlərdə yayılmış xəbərlərə baxmayaraq, klubdan ayrılmaq ehtimalını hələ də istisna etmir.
O, qərarını hələ verməyib, ancaq “Barselona”da qalarsa, mövsümün ikinci yarısında ehtiyat oyunçu kimi çıxış etmə riski var. 33 yaşlı Ter Ştegen əsas məqsədinin oynamaq və 2026-cı il dünya çempionatına qatılmaq olduğunu bildirib.
O, cari mövsümdə hələ meydana çıxmayıb, çünki ağır zədədən sonra bərpa prosesindədir. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



