Ten Haq onu cəzalandırmayacaq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq qapıçı David de Xea ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, ispaniyalı qolkiperin oynamağa davam edəcəyini söyləyib:

“De Xeanı kənarda saxlamaq niyyətim yoxdur. O, mütləq oynamağa davam edəcək.

Etdiyi səhvlərin səbəbi uzunmüddətli müqavilə ilə bağlı danışıqlardır? Xeyr! Səbəbin bununla əlaqədar olduğunu düşünmürəm”.

Öncədən De Xeanın “qırmızı şeytanlar”la sözləşməsini uzadacağı bildirilirdi. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

De Xea cari mövsümdə Mançester təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 53 oyuna çıxıb, 57 qol buraxıb və 23 dəfə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button