Etiraf etdi: “Biz köhnə, pis vərdişlərə qayıdırıq”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın kifayət qədər istək nümayiş etdirməyən futbolçuları haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis futbolçularının “köhnə vərdişlər”ə qayıtdığını bildirib:

“Oyunçular kifayət qədər ehtiras və istək nümayiş etdirirlərmi? Bunu edə bilmirlərsə, deməli, bu yer onlar üçün deyil. Razıyam ki, biz köhnə, pis vərdişlərə qayıdırıq. Lakin mən də bilirəm ki, insanlar robot deyillər. Amma biz robotlar kimi, maşın kimi hərəkət etməliyik, oyunçularımızdan standartlara cavab vermələrini tələb etməliyik. Buna görə də, yaxşı oynamayanda məyus oluruq. Çünki bu bizim işimizdir”.

MY bu gün “Brentford”la qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button