ÇL: “Onun səhvini etiraf etməsi yaxşıdır, amma…”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Bayern”ə məğlubiyyətdən (3:4) danışıb.

Komanda.az “Goal” nəşrinə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis məğlubiyyətdə günahkar olduğunu deyən qapıçı Andre Onananın açıqlamasına da münasibət bildirib:

“Onun səhvini etiraf etməsi yaxşıdır, amma bu, bütün komandaya aiddir. Hər kəs səhv edir və bundan sonra özünüzü toparlamağı bacarmalısız. Bir oyunçu səhv etsə, hər şey itirilə bilər. Biz komanda olaraq yenidən yaxşı formada olacağımıza inanmalıyıq. Bunu “Bayern”lə matçda göstərdik”.

İlk oyundan sonra A qrupunda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan “Mançester Yunayted” növbəti matçda doğma meydanda “Qalatasaray”ı qəbul edəcək. Oyun oktyabrın 3-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button