Tarixinin ən bahalı transferini reallaşdırdı

ABŞ-ın “Portlend Timbers” klubu tarixinin ən bahalı transferini reallaşdırıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, MLS təmsilçisi 24 yaşlı futbolçu Evander da Silva üçün klubu “Mitdülland”a (Danimarka) 9,5 milyon avro ödəyib.

Braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Evander “Vasko da Qama”nın yetirməsidir.

O, Danimarka klubuna 2,5 milyon avroya keçmişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button