“Təmkinli olmağa çalışıram” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları və mübarizəni dayandırdıqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bizim işimiz qalan 4 oyuna hazırlaşıb, bacardığımız qədər yaxşı nəticə qazanmaqdır. Bugünkü sakitliyim məğlubiyyətlə barışmağım anlamına gəlmir. Heç vaxt da barışmayacam. Sadəcə olaraq, bütün vəziyyəti anlayıb, səbrli və təmkinli olmağa çalışıram”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button