Super Liqa klubu sabiq hücumçusu ilə gücləndi

Türkiyənin “Göztəpə” klubu növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Antalyaspor”da forma geyinən sabiq hücumçusu Adis Yahoviçi heyətinə qatıb.

Bu barədə İzmir klubunun rəsmi saytı məlumat yayıb. Şimali Makedoniyadan olan 33 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Yahoviç 2016/17 mövsümündə də “Göztəpə”yə transfer olunmuş və 1.5 il ərzində bu komandanın uğurları üçün çalışmışdı. Bu komandada 51 oyuna 35 qol vurmağa nail olan futbolçu sonrakı mövsümlərdə “Konyaspor”, “Yeni Malatyaspor” və “Antalyaspor”da da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button