“Sumqayıt”ın Ronaldosu millidə 68 dəqiqə oynadı

“Sumqayıt”ın futbolçusu Ronaldo Vaskesin çıxış etdiyi Dominikan Respublikası yığması Kuba milli komandası ilə üz-üzə gəlib.

Komanda.az xəbər verir ki, “CONCACAF Series”in ikinci mərhələsi çərçivəsində baş tutan qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Hesabı 50-ci dəqiqədə kubalılar açsalar da, Dominikan Respublikası cəmi 3 dəqiqə sonra Dorni Romeronun qolu ilə tarazlığı bərpa edərək məğlubiyyətdən xilas olmağı bacarıb.

Vaskes bu matça start heyətində başlayıb və 68-ci dəqiqədə Edison Askona ilə əvəzlənib.

Xatırladaq ki, daha öncə Dominikan Respublikası təmsilçiləri El Salvador yığması ilə qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button