İliç qeyri-etik jest etdi, Ayxan Abbasov özündən çıxdı – FOTO

Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Şamaxı” – “Sumqayıt” matçının (1:2) sonlarında ara qarışıb.

Komanda.az xəbər verir ki, qonaqların bərabərlik qolundan sonra “Sumqayıt”ın serbiyalı çalışdırıcısı Saşa İliç meydan sahiblərinin məşqçilər heyətinə tərəf qaçıb, qeyri-etik jest edib.

Buna etiraz edən “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə bunu görərək, onun üstünə şığıyıb. Və bundan sonra aləm bir-birinə dəyib.

Oyunun baş hakimi Tural Qurbanov hər iki baş məşqçiyə qırmızı vərəqə göstərib, texniki zonadan qovub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button