“Sumqayıt”ın 3 legioneri milli komandalara dəvət alıb

“Sumqayıt”ın üç legioneri ölkələrinin milli komandalarına dəvət alıb.

Klubdan Komanda.az-a verilən məlumata görə, bunlar pakistanlı İsa Suliman, Çaddan olan Kasimir Ninqa və Burundi yığmasına cəlb edilən Tresor Mossidir.

Pakistan millisi martın 21-də və 26-da dünya çemionatının Asiya zonası üçrə seçmə mərhələsində İordaniya ilə üz-üzə gələcək.

Çad yığması martın 22-si və 26-da Afrika Millətlər Kubokunun təsnifat mərhələsində Mavritaniya ilə qarşılaşacaq.

Burundi millisi isə martın 22-də və 25-də Madaqaskar və Botsvana ilə yoldaşlıq görüşləri keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button