“Sumqayıt” – “Qarabağ” matçının vaxtı məlum oldu

Azərbaycan Premyer Liqasında 16-cı turun oyunlarının başlama vaxtı məlum olub.

Komanda.az Premeyr Liqanın yayımçı kanalı “CBC Sport”un rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, turun oyunları iki günü əhatə edəcək.

16-cı turun ilk oyunları fevralın 9-da keçiriləcək.  “Sabah” – “Qəbələ” 16:00-da, “Sumqayıt” – “Qarabağ” matçı isə saat 18:30-da start götürəcək.

Turun son iki qarşılaşması isə fevralın 10-da keçiriləcək.  “Səbail” – “Zirə” 16:00, “Neftçi” – “Keşlə” oyunu isə saat 18:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button