“Sumqayıt” keçmiş baş məşqçisini geri qaytarmaq istəyir

Belaruslu mütəxəssis Aleksey Baqa ilə yollarını ayıran “Sumqayıt” yeni baş məşqçi axtarışına başlayıb.

Komanda.az-ın əldə etdiyi məlumata görə, “kimyaçılar”ın namizədlər siyahısında xarici məşqçi yoxdur. “Sumqayıt”ın baş məşqçi postuna əsas namizəd komandanın keçmiş çalışdırıcısı Samir Abasovdur.

2015-2108-ci illərdə də “Sumqayıt”ın baş məşqçisi olmuş Abasovu geri qaytarmaq üçün artıq onunla danışıqların başladığı bildirilir.

Abasov son olaraq “Neftçi”ni çalışdırıb.

“Sumqayıt” bu mövsüm Misli Premyer Liqasında keçirdiyi 7 oyundan 3 xal toplayaraq, turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin