Konfrans Liqası: “Sumqayıt” Serbiya klubu ilə səfərdə heç-heçəyə razılaşdı

“Sumqayıt” bu gün Konfrans Liqasında ilk matçına çıxıb.

Komanda.az xəbər verir ki, “kimyaçılar” 2-ci mərhələnin ilk oyunları çərçivəsində Serbiyanın “Çukariçki” komandası ilə qarşılaşıb. Oyun qolsuz başa çatıb.

Komandalar arasındakı cavab oyunu iyulun 29-da Sumqayıtda keçiriləcək.

Konfrans Liqası, 2-ci mərhələ, ilk oyunlar

21 iyul

Çukariçki (Serbiya) – Sumqayıt 0:0
Baş hakim: Fedayi San (İsveçrə)

Çukariçki: 12. Corce Petroviç, 5. Marko Doçiç (k), 6. Miladin Stevanoviç, 9. Corce Yovanoviç, 19. Strahinya Tanasiyeviç, 22. Srcan Miyailoviç, 27. Milan Saviç, 65. Stefan Şapiç, 70. Aleksa Yankoviç, 77. Stefan Kovaç, 86. Boyan Roqanoviç.
Ehtiyat oyunçular: 1. Nemanya Beliç, 35. Novak Miçoviç, 2. Viktor Roqan, 3. Nemanya Toşiç, 7. Marko Rakonyaç, 11. Norman Kempbell, 20. Asmir Kayeviç, 23. Stefan Çoloviç, 26. Uroş Drezgiç, 72. İbrahima Ndiaye, 80. Nikola Çoliç, 88. Yovan Lukiç.
Məşqçi: Pavle Delibaşiç.
Sumqayıt: 13. Aydın Bayramov, 4. Höccət Haqverdi, 5. Cəmaləddin Xocaniyazov, 6. Vüqar Mustafayev (k), 9. Əli Qurbani, 10. Rəhim Sadıxov, 11. Rüfət Abdullazadə, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 2. Dmitri Nağıyev, 3. Vurğun Hüseynov, 8. Səbuhi Abdullazadə, 19. Xəzər Mahmudov, 20. Roman Hüseynov, 33. Eltun Turabov, 37. Nicat Əliyev, 60. Elvin Məmmədov.
Baş məşqçi: Ayxan Abbasov.