“Sumqayıt” Konfrans Liqası üçün 21 futbolçu sifariş etdi SİYAHI

“Sumqayıt” Avropa Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində Serbiyanın “Çukariçki” klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “kimyaçılar” 21 futbolçu sifariş edib. Onlardan 3-ü qapıçı, 9-su müdafiəçi, 7-si yarımmüdafiəçi, 2-si hücumçudur.

Qapıçılar: Tərlan Əhmədli, Aydın Bayramov, Hüseynəli Quliyev;

Müdafiəçilər: Dmitri Nağıyev, Vurğun Hüseynov, Höccət Haqverdi, Cəmaləddin Xocaniyazov, Tellur Mütəllimov, Elvin Bədəlov, Süleyman Əhmədov, Eltun Turabov, Yusif Nəbiyev;

Yarımmüdafiəçilər: Vüqar Mustafayev, Səbuli Abdullazadə, Rəhim Sadıxov, Rüfət Abdullazadə, Murad Xaçayev, Roman Hüseynov, Elvin Məmmədov;

Hücumçular: Əli Qurbani, Xəzər Mahmudov.

“Sumqayıt” “Çukariçki” ilə ilk matçını iyulun 21-də Serbiyada keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button