Artıq futbolçular da belə düşünür – Sulşer

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer, son zamanlarda “qırmızı şeytanlar”la qazandığı uğurun sirrini açıqlayıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis, futbolçuların fikrində dəyişiklik etdiyini və onlara güvəndiyini deyib:

“Mançester Yunayted”in futbolçuları hər zaman səviyyəlidirlər. Uzun illər bu komandanı dəstəkləmişəm və hər zaman “bu oyunu qazanacağıq” düşüncəsiylə tribunaya getmişəm. Artıq futbolçular da belə düşünür”.

Norveçli mütəxəssis, “qırmızı şeytanlar”ın sabiq baş məşqçisi Joze Mourinyo ilə problem yaşadığı deyilən Pol Poqba haqqında da danışıb:

“Poqba potensialından istifadə edir və komandanı da yüksəldir. Onunla fərqli nələrsə danışmıram. Bütün futbolçularla eyni cür danışıram və onlara inanıram”.

“Mançester Yunayted” Sulşerin rəhbərliyi altında 9 oyunda 25 xal toplayıb və hazırda 51 xalla turnir cədvəlinin 4-cü pilləsindədir.