Stankoviçin 100-cü oyunu

Voyislav Stankoviç “Neftçi”nin heyətində 100-cü oyununu keçirib.

Komanda.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı müdafiəçinin yubileyi Misli Premyer Liqasının 8-ci turunda gerçəkləşib. “Qarabağ”la səfərdəki Azərbaycan derbisi Stankoviç üçün 100-cü matçla əlamətdar olub. O, bu görüşlərdə 6 qola imza atıb. 35 yaşlı müdafiəçi həm də Premyer Liqada 75-ci dəfə “ağ-qaralar”ın formasını geyinib. O, 5 qolunu çempionatda vurub. Stankoviç avrokuboklarda 18, ölkə kubokunda 7 (1 qol) dəfə “Neftçi”nin şərəfini qoruyub.

Voyislav 2019-cu ilin yayından “ağ qaralar”ın heyətində çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button