
Spaletti “Qalatasaray”la oyun haqda: “Öz gücümüzü bilirik”
“Yuventus”un baş məşqçisi Luçano Spaletti UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qalatasaray”la keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb. Komandalar arasındakı ilk oyunda İstanbul təmsilçisi 5:2 hesablı qələbə qazanaraq, ciddi üstünlük əldə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Spaletti çətin vəziyyətdə olmalarına baxmayaraq, geri dönüş üçün sona qədər mübarizə aparmağa hazır olduqlarını bildirib:
“Bəzi oyunlar sadəcə oynanmır, onlar yaradılır. Bu gün hamının prosesə qoşulmasını istəyirəm. Bizə azarkeşlərimizin döyüş ruhu lazımdır. Vəziyyətin çətin olduğunu anlayırıq, amma onların dəstəyinə ehtiyacımız var. Azarkeşlərlə birlikdə daha güclüyük. Son ana qədər çalışacağıq”.
O, komandasının daha sıx və birlikdə hərəkət etməsinin vacibliyini vurğulayıb:
“Biz öz gücümüzü bilirik. Daha vahid olmalı və kompakt oynamalıyıq. İndi etdiklərimizin imkanlarımızın son həddi olmadığını göstərməliyik”.
Bu gün baş tutacaq qarşılaşmanın start fiti saat 00:00-da səslənəcək.
Bizi Facebook-da izləyin



